Dam işləri

Metal dam örtüklər

Metal dam örtüklərinin dekorativ formaya salınması üçün eninə damğalanan və təbii kirəmitə bənzəyən, polimer örtüklü sinklənmiş polad lövhələrdir. Layihəyə uyğun olaraq taxta və metal karkasdan istənilən üslubda dam örtüklərinin yığılır, müvafiq eksteryer dizayna uyğun üzərinə metal örtüklər bərkidilir.

Təbii kirəmit dam örtüklər

Təbii kirəmit (Keramika kirəmiti) təbii gil materialından hazırlanmış dam örtükləridir. Bu dam örtüklərinin forma və rəng çeşidləri olduqca genişdir və müxtəlif memarlıq ideyalarının reallaşmasında əvəzolunmaz rol oynayır. Layihəyə uyğun taxta və metal konstruksiyanın üzərinə bərkidilir.

Elastik kirəmit dam örtüklər

Bu məhsullar müxtəlif formalarda kəsilmiş hazır elastik lövhələrdir. Layihəyə uyğun taxta və metal konstruksiyanın üzərinə elastik kirəmit ilə istənilən memarlıq ideyalarını reallaşdıra və evinizin təkrarolunmaz obrazını yaratmaq olar. Bu materialı tətbiq etməklə bir sıra üstünlüklərə malik olacaqsınız: rəng davamlılığı, su keçirməzlik, korroziyadan müdafiə.